İdman
"Sabah" - "Borussiya" matçına satılan biletlərin sayı...
UEFA Çempionlar Liqasının əsas mərhələsində baş tutacaq "Sabah" - "Borussiya" (Dortmund, Almaniya) oyununa satılan biletlərin sayı açıqlanıb.
Axar.az xəbər verir ki, bu barədə Report-a Bakı klubunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, paket satışlar da daxil olmaqla, qarşılaşma üçün 56 000 bilet öz sahibini tapıb. Alman klubunun azarkeşləri isə indiyədək 1 715 bilet alıblar.
Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.
Mənbə
axar.az