Kriminal
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə baş verdiyi və xəsarətin kim tərəfindən yetirildiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az