Kriminal

Aeroport yolunda təhlükəli manevr: Qəzadan yayınmaq istəyən "Changan" divara çırpıldı - Video

18 Oct 2026, 19:48 2 baxış
Aeroport yolunda təhlükəli manevr: Qəzadan yayınmaq istəyən "Changan" divara çırpıldı - Video
Bakıda Aeroport yolunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, "Ravon Nexia" markalı avtomobilin sürücüsü qəza şəraiti yaradıb. Toqquşmadan yayınmağa çalışan "Changan" markalı avtomobilin sürücüsü maşını kənara çəksə də, avtomobil divara çırpılıb.

Qəza nəticəsində avtomobillərə ziyan dəyib. Hadisənin təfərrüatı və xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.
Mənbə oxu.az

Oxşar Xəbərlər