Dünya

İstanbulda konsert zamanı faciə - Video

18 Oct 2026, 21:12 2 baxış
İstanbulda konsert zamanı faciə - Video
İstanbulda keçirilən konsert zamanı baş verən hadisə nəticəsində ölənlərin sayı iki nəfərə çatıb. Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İstanbul Konqres Mərkəzində dörd DJ-in çıxış etdiyi "Unreal x Jeton" konsertində baş verib.

Mətbuatın məlumatına görə, konsert zalında təxminən 5 000 tamaşaçı olub. Bazar gününə keçən gecə üç nəfərin səhhəti pisləşib və onlar xəstəxanaya yerləşdiriliblər. Daha əvvəl "Milliyet" qəzeti tamaşaçılardan birinin öldüyünü xəbər vermişdi. Telekanalın məlumatına görə, Furkan A. və Mahmud S.-nin həyatını xilas etmək mümkün olmayıb. NTV-nin məlumatına görə, daha bir nəfər ağır vəziyyətdə xəstəxanada həkimlərin nəzarəti altında qalır. Polis və həkimlər tamaşaçıların səhhətinin pisləşməsinin səbəbi kimi spirtli içki və narkotik vasitələrdən istifadə ehtimalını nəzərdən keçirirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər