İdman

Dağüstü parkın pilləkənləri ilə üzü yuxarı yürüş edildi

18 Oct 2026, 12:26 2 baxış
Dağüstü parkın pilləkənləri ilə üzü yuxarı yürüş edildi

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Bakı – Dünyanın idman paytaxtı” çərçivəsində növbəti silsilə tədbir uğurla baş tutub.


Axar.az xəbər verir ki, tədbir çərçivəsində “Zirvəyə birlikdə qalxaq” adlı kütləvi yürüş təşkil olunub.


Yürüşdən əvvəl Dövlət Himni səsləndirilib. Daha sonra iştirakçılar Funikulyor meydanından start götürərək Dağüstü parkın pilləkənləri ilə üzü yuxarı yürüş edib və marşrutu “Mənzərə” restoranının yaxınlığında uğurla başa çatdırıblar.


800 nəfərin qeydiyyatdan keçdiyi tədbir aktiv və sağlam həyat tərzinin təbliği məqsədi daşıyıb.


Qeyd edək ki, kütləvi yürüş formatında keçirilən tədbirin bütün iştirakçılarına xatirə medalı təqdim olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər