Digər
Ukrayna bunu istədi, amma Ağ Ev icazə vermədi - Rubio
Ağ Ev Ukrayna Silahlı Qüvvələrinə "Starshield" sisteminə çıxış imkanı verməyib, lakin "Starlink"in Ukraynadakı fəaliyyətinə tətbiq edilən məhdudiyyətlərdə onun heç bir rolu olmayıb.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.
“Ukrayna Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək məqsədilə "Starlink"in hərbi təyinatlı versiyası olan "Starshield" sisteminə çıxış istəyib. Lakin hazırkı məqamda belə bir çıxış imkanı verilməyib. Məsələ hazırda müzakirə olunur.
ABŞ administrasiyasının “Starlink”in Ukraynadakı fəaliyyətinə qoyulan məhdudiyyətlərlə isə heç bir əlaqəsi yoxdur. “Starlink" xidmətinin sürəti artıq bərpa olunub”, - o bildirib.
Mənbə
axar.az