İdman

Türkiyə millisinin müvəqqəti baş məşqçisi müəyyənləşdi - Foto

18 Oct 2026, 12:24 3 baxış
Türkiyə millisinin müvəqqəti baş məşqçisi müəyyənləşdi - Foto
Türkiyə Futbol Federasiyası (TFF) Vinçentso Montella ilə yollarını ayırdıqdan sonra milli komandanın yeni baş məşqçisini axtarmağa davam edir. Oxu.Az "Sabah" qəzetinə istinadən xəbər verir ki, federasiya "Şaxtyor Donetsk"in baş məşqçisi Arda Turana göndərdiyi təklifə müsbət cavab almadığına görə alternativ namizədlərə yönəlib. Baş məşqçi postuna əsas namizədlərdən biri Abdullah Avcı hesab olunur. Bununla yanaşı, TFF-nin ehtiyat planının da olduğu bildirilir. Bu plana əsasən, gənclərdən ibarət milli komandaların texniki koordinatoru Samet Aybaba Türkiyə millisinin müvəqqəti baş məşqçisi təyin edilə bilər. Məlumata görə, Aybaba UEFA Millətlər Liqasının A Liqası çərçivəsində noyabrın 12-də Belçika, noyabrın 15-də isə Fransa ilə keçiriləcək oyunlarda milliyə rəhbərlik edə bilər.
Türkiyə millisinin müvəqqəti baş məşqçisi müəyyənləşdi - Foto Türkiyə millisinin müvəqqəti baş məşqçisi müəyyənləşdi - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər