Fransada vətəndaş müharibəsi başlayıb - Çikli
Əmin idim ki, Fransada sağ qüvvələrin hakimiyyətə gəlməsi vətəndaş müharibəsinə səbəb olacaq. Sən demə, mən həddindən artıq nikbin imişəm: müharibə artıq başlayıb!
Axar.az xəbər verir ki, bunu İsrailin diasporla iş üzrə naziri Amiçay Çikli özünün X səhifəsində yazıb.
“İsrailə xəyanət etməsinə baxmayaraq, Fransaya vəhşilik üzərində qələbə arzulayıram. Belçika və Britaniya, yəqin ki, növbə sizindir. Hazırlaşın”, - o bildirib.
Qeyd edək ki, İl-de-Frans regionunda yuxarı sinif şagirdlərinin başlatdığı etiraz aksiyaları hazırda bütün Fransanı bürüyüb. Aksiyaçılar dərs cədvəllərinin həddindən artıq yüklənməsinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər. Etirazlar iğtişaşlarla müşayiət olunur.