Dünya

Əfqanıstan-Pakistan sərhədində gərginlik: İslamabad ağır artilleriyaya əl atdı

18 Oct 2026, 00:36 3 baxış
Əfqanıstan-Pakistan sərhədində gərginlik: İslamabad ağır artilleriyaya əl atdı
Əfqanıstan və Pakistan arasındakı dövlət sərhədində silahlı atışma baş verib. Oxu.Az "TOLO News" telekanalına istinadən xəbər verir ki, toqquşmalar nəticəsində azı yeddi Pakistan hərbçisi həlak olub, daha altı nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Atışma Əfqanıstanın Paktiya vilayətinin Dand-Patan bölgəsində, rəsmi Kabilin tanımadığı Durand xətti yaxınlığında baş verib. İnsident zamanı Pakistan sərhəd qoşunlarına məxsus iki müşahidə qülləsi və bir kamera sıradan çıxarılıb. Mənbənin məlumatına görə, ərazidə atışmalar davam etsə də, gərginlik nisbətən azalıb. Bildirilib ki, Pakistan Silahlı Qüvvələri Kurram istiqamətində Əfqanıstan taliblərinin açdığı atəşə cavab olaraq ağır artilleriyadan istifadə edib. Cavab tədbirləri nəticəsində Əfqanıstan ordusuna məxsus bir neçə hərbi istehkam dağıdılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər