Dünya
Fransada iğtişaşlar zamanı tarixi meriya binası yandırıldı - Video
Fransanın mərkəzində yerləşən Limoj şəhərinin meriya binasının zəng qülləsi iğtişaşlar zamanı baş verən yanğın nəticəsində damın üzərinə çöküb. Oxu.Az xəbər verir ki, hadisənin görüntülərini "France 3" telekanalı yayımlayıb.
Yanğın bir qrup radikalın meriya binasına daxil olaraq birinci mərtəbədəki bəzi otaqları yandırmasından sonra başlayıb. Daha sonra binanın yaxınlığında park edilmiş bir neçə avtomobil də yandırılıb və bir müddət sonra həmin avtomobillərdə partlayışlar baş verib. Yanğınsöndürənlərin bir saat ərzində alovu söndürməyə çalışmasına baxmayaraq, yanğın binanın damına keçib. Daha bir saat sonra isə alov binanın bir hissəsi olan zəng qülləsini də bürüyüb. Telekanalın yayımladığı kadrlardan görünür ki, yanan qüllə yana doğru aşıb və binanın mərkəzi hissəsindəki damı dağıdıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Limoj şəhərinin meri Giyom Geren baş verənləri pisləyərək deyib: "Bunu ifadə edəcək söz yoxdur, bu, çox alçaq bir hərəkətdir. Ölkə üçün bu, xaosdur". O, hadisə ilə bağlı şikayət edəcəyini və tarixi binanın dağıdılmasında təqsirli olan hər kəsin cəzalandırılmasına nail olacağını bildirib. Qeyd edək ki, Limoj meriyasının binası 1883-cü ildə memar Şarl Alfred Leklerin rəhbərliyi ilə inşa edilib. Bina Fransanın qorunan tarixi obyektləri siyahısına daxildir. Xatırladaq ki, oktyabrın 17-də Fransada qiymət artımına və hökumətin iqtisadi siyasətinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb.

Mənbə
oxu.az