Digər

XTQ-nin düşmən arxasındakı manevri: Füzulinin azad edilməsinin hərbi-strateji əhəmiyyəti - Video

18 Oct 2026, 01:36 3 baxış
XTQ-nin düşmən arxasındakı manevri: Füzulinin azad edilməsinin hərbi-strateji əhəmiyyəti - Video
"Qarabağ xronikası"nın budəfəki buraxılışında Füzulinin azad edilməsi əməliyyatının hərbi-strateji əhəmiyyətindən bəhs olunub. Bildirilib ki, 2020-ci ilin oktyabrında Füzulinin azad edilməsi şəhərə birbaşa hücumla deyil, ondan kilometrlərlə uzaqda yerləşən yüksəkliklərin, yol qovşaqlarının və arxa mövqelərin nəzarətə götürülməsi ilə həyata keçirilib.

Qeyd olunub ki, 1993-1994-cü illərdə keçirilən Horadiz əməliyyatı nəticəsində 21 min hektar ərazi azad edilib. 2016-cı ilin Aprel döyüşlərində isə Lələtəpə yüksəkliyi geri qaytarılıb. Diqqətə çatdırılıb ki, 2020-ci il sentyabrın 29-30-da Qaraxanbəyli və Aşağı Seyidəhmədli ətrafında gedən ağır döyüşlərdən sonra Hadrutun azad edilməsi əməliyyatların istiqamətini dəyişib. Vurğulanıb ki, oktyabrın 15-də Füzuli istiqamətinə çəkilən düşmən qrupu pusquya salınıb. Oktyabrın 16-17-də təzyiqi artıran Azərbaycan Ordusu oktyabrın 17-də Füzuli şəhərini işğaldan tam azad edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər