Digər

İstanbulda daşqın: bu ərazidə tikilən obyektlər sökülür

17 Oct 2026, 17:52 3 baxış
İstanbulda daşqın: bu ərazidə tikilən obyektlər sökülür

İstanbulda baş verən güclü yağışlar və daşqınlardan sonra, Ayazağa bölgəsində çay yatağını zəbt etmiş bir sıra obyetktlərin sökülməsinə başlanılıb.


Axar.az xəbər verir ki, bu barədə İstanbul valisi Davud Gül məlumat yayıb.


O bildirib ki, dağıntıların təmizlənməsi və həyatın normallaşdırılması ilə bağlı müxtəlif qərarlar qəbul edilib:


“Qəbul edilən qərarlardan biri, çay yatağını zəbt edən qanunsuz tikililərin sökülməsi və çayın bərpası üçün şərait yaradılması idi. Burada Quran kursu tədris edən ofis, idman zalı və bir neçə dükan var. Bu gün onların söküntüsünə başlayırıq”.

Mənbə axar.az

Oxşar Xəbərlər