İqtisadiyyat

Azərbaycanda nə qədər qızıl istehsal olunub?

17 Oct 2026, 18:52 3 baxış
Azərbaycanda nə qədər qızıl istehsal olunub?

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 281 kq qızıl, 2 813,8 kq gümüş istehsal edilib.


Axar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.


Məlumata görə, qızıl istehsalı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,9 %, gümüş istehsalı isə 5,7 % azalıb.


Ötən 9 ay ərzində Azərbaycanda mis konsentratının istehsalı 14 494,8 ton olub ki, bu da bir il öncəki göstəricidən 5,2 dəfə çoxdur.


Bu ilin oktyabrın 1-nə olan məlumata görə, ölkədə 251,5 kq qızıl, 706,1 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə 1 536,2 ton təşkil edib.

Mənbə axar.az

Oxşar Xəbərlər