İdman

"Sabah" darmadağına sevindi, "Qarabağ"ın çətin sınağı

17 Oct 2026, 18:24 3 baxış
"Sabah" darmadağına sevindi, "Qarabağ"ın çətin sınağı

Misli Premyer Liqasının VIII turunda "Sabah" səfərdə "Qəbələ" ilə üz-üzə gəlib.


Axar.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən oyunda qonaqlar 4-0 hesablı qələbə qazanıblar.


Hazırda "Sabah" 19 xalla turnir cədvəlinə başçılıq edir. 4 xalı olan "Qəbələ" isə onuncudur.


Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Şəfa"nı (3-2), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2-1) məğlub edib. Bu gün turun mərkəzi görüşü də keçiriləcək. “Qarabağ” – “Neftçi”ni qəbul edəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər