Kriminal
Zaqatalada yük maşınının vurduğu qadın öldü
Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə bu gün saat 10 radələrində Zaqatala şəhəri ərazisində qeydə alınıb. Belə ki, Maraç Xabliyev idarə etdiyi yük avtomobili ilə yolu keçən 66 yaşlı rayon sakini Firəngiz Məmmədovanı vurub. Nəticədə ağır xəsarətlər alan qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Mənbə
oxu.az