Dünya

Trampdan açıqlama: Yeni "Tesla"da uçacaqmı? - Video

17 Oct 2026, 17:32 3 baxış
Trampdan açıqlama: Yeni "Tesla"da uçacaqmı? - Video
ABŞ Prezidenti Donald Tramp uçma qabiliyyətinə malik premium rodsteri (idman maşını) təqdim edən "Tesla" şirkətinin rəhbəri, milyarder İlon Maska görə çox şad olduğunu bildirib. Oxu.Az-ın RBK-ya istinadən xəbərinə görə, Tramp bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı danışıb. "Bilmirəm, məni bu maşında görəcəksinizmi, amma bu, olduqca heyrətamizdir", - deyə ABŞ lideri qeyd edib. Tramp bu yaxınlarda Maska ölkənin ən yüksək elmi mükafatı olan Milli Elm Medalını təqdim etdiyini xatırladıb. O, həmçinin vurğulayıb ki, ABŞ əvvəllər heç kimin mümkün hesab etmədiyi bir şeyi edir. Xatırladaq ki, oktyabrın 16-da yeni "Tesla Roadster"in premyerası baş tutub. Avtomobil "SpaceX" şirkəti ilə birgə hazırlanmış qaz reaktiv mühərrikləri ilə təchiz edilib. Onlar sıxılmış qazla işləyir və elektrokara qısa müddətə havaya qalxmağa və tullanma zamanı öz mövqeyini idarə etməyə imkan verir. Elektrikli rodsterin yeni versiyasının təqdimatı fonunda "Tesla Inc."in səhmlərinin dəyəri 5%-dən çox artıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər