Kriminal
Biləsuvarda ağır qəzada ölənlərin adları məlum oldu
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin adları məlum olub. Oxu. Az-ın məlumatına görə, hadisə bu gün rayonun Səmədabad kəndində qeydə alınıb. Belə ki, rayon sakini, 1986-cı il təvəllüdlü Tacəddin Yusifov idarə etdiyi "Toyota" markalı avtomobillə Səmədabad kəndi ərazisində olarkən idarəetməni itirib və avtomobil kanala aşıb. Hadisə nəticəsində sürücü və sərnişini, 1966-cı il təvəllüdlü Tovuz Axundova ölüblər, avtomobildə olan 3 sərnişin ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan biri azyaşlıdır. Faktla bağlı araşdırma aparılır. Samir Əli Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, idarəetmədən çıxan minik avtomobili aşıb. İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. İqbal Ziya
Mənbə
oxu.az