Digər

Tramp Məhəmməd adı ilə zarafat etdi

17 Oct 2026, 15:36 2 baxış
Tramp Məhəmməd adı ilə zarafat etdi

ABŞ Prezidenti Donald Tramp müsəlman cəmiyyətlərində geniş yayılmış Məhəmməd adı ilə bağlı zarafat edib.


Axar.az Modern.az-a istinadla xəbər verir ki, Tramp oktyabrın 16-da Corciya ştatının Dalton şəhərində keçirilən seçki mitinqində Yaxın Şərqdən olan şəxsin adını bilmədikdə ona “Məhəmməd” deyə müraciət etməyin mümkünlüyünü söyləyib.


“Yaxın Şərqdən olan birinin adından əmin deyilsinizsə, sadəcə, "Məhəmməd" deyin. Düz tapmaq ehtimalınız təxminən 65 faizdir. "Salam, Məhəmməd". Mən bunu illərdir edirəm və indiyədək heç vaxt yanılmamışam”, – deyə Tramp bildirib.


"Röyters" agentliyinin məlumatına görə, Trampın bu zarafatı mitinq iştirakçıları tərəfindən ciddi reaksiya ilə qarşılanmayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər