Digər

Pakistanda güclü zəlzələ

17 Oct 2026, 11:19 3 baxış
Pakistanda güclü zəlzələ

Bu gün səhər saatlarında Pakistanın Bəlucistan əyalətində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.


Axar.az xəbər verir ki, bu barədə "İnterfaks" Almaniya Geoelmlər Araşdırma Mərkəzinə (GFZ) istinadən məlumat yayıb.


"Zəlzələnin ocağı Xuzdar dairəsində təxminən 10 km dərinlikdə yerləşib", - mərkəzdən bildirilib.


Bölgədə 14,9 milyondan çox insan yaşayır. Dağıntılar barədə məlumat daxil olmayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər