İqtisadiyyat
Metrodan istifadə edən sərnişinlərin sayı azalıb
Bu ilin yanvar-sentyabr aylarında metro ilə sərnişin daşınması xidmətlərindən istifadə edənlərin sayı açıqlanıb. Oxu.Az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, sözügedən say 156 milyon 158.2 min nəfər olub. 2025-ci ilin ilk 9 ayında isə bu rəqəm 162 milyon 575.8 nəfər olmuşdu. Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda 1 milyard 771 milyon 305.6 min sərnişin daşınıb. Ötən ilin müvafiq dövründə isə 1 milyard 614 milyon 512.9 min sərnişin daşınmışdı.
Mənbə
oxu.az