Digər

1 milyonluq fırıldaqçılıq: “Balina Ceyms” saxlanıldı

17 Oct 2026, 10:50 1 baxış
1 milyonluq fırıldaqçılıq: “Balina Ceyms” saxlanıldı

ABŞ və Finlandiyada 1 milyard dollarlıq kriptovalyuta fırıldaqçılığı etdiyi iddiası ilə qırmızı bülletenlə axtarışa verilən “Balina Ceyms” ləqəbli Ceyms Şuler (James Schueler) İstanbulda saxlanılıb.


Axar.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek məlumat yayıb.


“2026-cı il oktyabrın 14-də Beşiktaşda keçirilən əməliyyat zamanı Şuler və həyat yoldaşı saxlanılıblar. Davam edən istintaq çərçivəsində, Şuelerin mühafizəçiləri olduqları müəyyən edilən daha 3 nəfər də yaxalanıb.


Beşiktaş, Üsküdar və Sarıyer rayonlarında, ümumilikdə 15 ünvanda həyata keçirilən axtarışlar zamanı aşağıdakı əşyalar aşkar edilərək götürülüb:


- 7 milyon 150 min ABŞ dolları və 160 min türk lirəsi,


- 6 ədəd "soyuq" (oflayn) kriptovalyuta cüzdanı,


- Müxtəlif markalara aid 300 ədəd çanta, 100 cüt ayaqqabı, 136 cüt eynək və 28 ədəd qol saatı,


- 97 ədəd zərgərlik məmulatı və digər müxtəlif qiymətli əşyalar,


- 29 ədəd mobil telefon, 12 noutbuk, 11 ədəd kompüter bloku, 19 ədəd SSD/xarici yaddaş qurğusu, 46 ədəd USB yaddaş kartı və 19 ədəd qrafik kart,


- 4 ədəd uzun lüləli odlu silah, 3 ədəd lisenziyasız tapança və 1400 ədəd partlayıcı sursat”, - nazir əlavə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər