Dünya
Pakistanda şiddətli zəlzələ
Pakistanda 5.6 bal gücündə zəlzələ baş verib. Oxu.Az-ın M24.ru-ya istinadən xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən (EMSC) məlumat verilib. Məlumata görə, yeraltı təkanlar səhər saatlarında 141 mindən çox insanın yaşadığı Xuzdar şəhərindən 49 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Mənbə
oxu.az