Dünya

Lukaşenkodan Zelenskiyə çağırış: "Verilən sözə əməl etmək və seçkiyə getmək lazımdır"

16 Oct 2026, 17:18 1 baxış
Lukaşenkodan Zelenskiyə çağırış: "Verilən sözə əməl etmək və seçkiyə getmək lazımdır"
"Ukrayna Prezidenti Volodimir Zelenski vaxtilə öz vəzifəsini yalnız bir müddət icra edəcəyinə söz vermişdi". Oxu.Az "BelTA"ya istinadən xəbər verir ki, bunu Belarus lideri Aleksandr Lukaşenko deyib. "Verilən sözlərə əməl etmək lazımdır. Seçkiyə getmək gərəkdir. Bu məsələdə ABŞ Prezidenti Donald Tramp haqlıdır: söz vermisənsə, yerinə yetirməlisən", - deyə Lukaşenko bildirib. Ölkə başçısı əlavə edib ki, Tramp Ukraynaya necə hərəkət edəcəyini diktə etməməlidir. Xəbərdə bildirilir ki, oktyabrın 10-da Tramp Ukraynada hakimiyyət dəyişikliyinin vacibliyini ifadə edib. Ağ Ev rəhbərinin sözlərinə görə, Zelenskinin münaqişəni həll etmək üçün dəfələrlə imkanı olsa da, bundan imtina edib. ABŞ rəhbəri, həmçinin Rusiyanın neft emalı müəssisələrinə endirilən zərbələrin dayandırılmasını tələb edib. Oktyabrın 11-də Zelenski 60 günlük atəşkəs olacağı təqdirdə prezident seçkisinin keçirilə biləcəyini istisna etməsə də, dərhal ertəsi gün - oktyabrın 12-də davam edən münaqişə şəraitində səsvermənin təşkilinin qeyri-mümkün olduğunu bildirib. O, verdiyi müsahibəsində bu qərarını qanunvericiliyin məhdudiyyətləri və təhlükəsizlik riskləri ilə əlaqələndirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər