Cəmiyyət
Həkim əvəzinə süni intellektə üz tutanlara xəbərdarlıq: "Faydadan çox zərəri var" - Video
Son dövrlərdə insanlar səhhətlərində yaranan problemlərlə bağlı həkimə müraciət etmək əvəzinə, süni intellektdən məsləhət almağa üstünlük verirlər. Oxu.Az Baku TV-yə istinadla xəbər verir ki, bəziləri bununla kifayətlənməyərək süni intellektin tövsiyə etdiyi dərman preparatlarından həkim təyinatı olmadan yararlanırlar. Mütəxəssislər isə bu cür yanaşmanın ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər. Mövzu ilə bağlı keçirilən sorğu zamanı fikir bildirən vətəndaşlar da süni intellektin verdiyi tibbi məsləhətlərə tam etibar etməyin düzgün olmadığını deyiblər. Həkim Abbas Bağırov məsələ ilə bağlı bildirib ki, tibbi praktikada istifadə olunan bütün dərman preparatlarının əlavə təsirləri və əks göstərişləri mövcuddur. Eyni zamanda, hər bir insanın orqanizmi dərmanlara fərqli reaksiya verə bilər. Psixoloq Ülviyyə Murtuzova isə qeyd edib ki, yaxın vaxtlarda dərmanların uyğunsuz istifadəsi nəticəsində ağır fəsadlarla üzləşən pasiyentə rast gəlib. "Yaxın vaxtlarda bütün bədənində ciddi yaralar və səpkilər yaranmış bir pasiyentlə qarşılaşdıq. Buna eyni vaxtda qəbulu qəti əks göstəriş olan dərmanların istifadəsi səbəb olmuşdu. Həmin şəxs artıq aylardır dermatoloq və allerqoloqlar tərəfindən müalicə olunur", - deyə o söyləyib.
Mənbə
oxu.az