Digər
Avropa “Starlink”i əvəz edə bilməyəcək - Kallas
Avropanın hələlik Ukraynanın Rusiyadan müdafiə üçün istifadə etdiyi “Starlink” peyk rabitə sistemini yaxın gələcəkdə əvəz etmək gücü yoxdur.
Axar.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas deyib.
“Starlink” Ukrayna üçün həqiqətən vacibdir və təəssüf ki, Avropa bu imkanları qısa müddətdə əvəz edə bilməyəcək”, - o bildirib.
Qeyd edək ki, son günlərdə Kiyev Amerika peyk internet sisteminin istifadəsinə məhdudiyyətlər elan edib.
Mənbə
axar.az