İdman
"Real Madrid" Bellinqemlə bağlı qərarını verdi
"Real Madrid" İngiltərə millisinin futbolçusu Cud Bellinqemlə müqavilənin müddətini 2031-ci il iyunun 30-na qədər uzatmaq barədə razılığa gəlib. Oxu.Az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Futbolçunun hazırkı müqaviləsi 2028/29 mövsümünün sonuna kimi qüvvədədir. Qeyd edək ki, 23 yaşlı oyunçu 2023-cü ildə "Borussiya Dortmund"dan "Real"a transfer olunub.
Mənbə
oxu.az