Digər
Pikaks dağını məhv edəcəyik - Trampdan hücum anonsu
Hazırda Pikaks dağına baxırıq. Ora gedə bilərik.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Nyusmaks” telekanalına müsahibəsində İranın nüvə obyektlərinə qarşı “bütün bombaların anası” adlandırılan GBU-43/B bombasından istifadə edə biləcəyi ilə bağlı iddialara münasibət bildirərkən deyib.
“Bu, böyük bombadır, amma nüvə bombası deyil. Həmin obyekti vurmağa çalışacağıq və onu sürətlə məhv edəcəyik.
İran müharibəsi çox yaxında başa çatacaq. Onlar bizimlə danışıqlar aparırlar. Müharibə bir şəkildə tezliklə sona çatacaq və neftlə benzinin qiymətləri düşəcək”, - o bildirib.
Mənbə
axar.az