Kriminal

Ağstafada cinayət törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutuldu

16 Oct 2026, 11:30 3 baxış
Ağstafada cinayət törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutuldu
Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib. Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Abbasov Anar Eldar oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Belə ki, Ağstafa Rayon Polis Şöbəsində ibtidai istintaq edilən cinayət işi üzrə Anar Abbasovun təkrar öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o istintaqdan qaçıb gizləndiyinə görə axtarışa verilib. A.Abbasov Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycan Respublikasına gətirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər