Kriminal
Kürdəmirdə dəhşətli qəza: Ölən və yaralanan var - Foto/Video
Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1966-cı il təvəllüdlü İmişli rayon sakini Mahmud Əliyevin sükanı arasında olduğu "Isuzu" markalı yük maşını yol kənarında dayanmış "Mercedes" markalı yük maşınına çırpılıb.
Nəticədə "Isuzu" markalı yük maşınında olan sərnişin - 1980-ci il təvəllüdlü İmişli rayon sakini Cabbarov Taleh hadisə yerindəcə dünyasını dəyişib, sürücü isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
{{gallery}}

Mənbə
oxu.az