Siyasət

Prezidentdən dörd paralimpiyaçımızla bağlı sərəncam

16 Oct 2026, 12:56 2 baxış
Prezidentdən dörd paralimpiyaçımızla bağlı sərəncam
Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi Sərəncam imzalayıb. Oxu.Az bununla bağlı President.az-a istinadən xəbər verir. Sərəncama əsasən, Azərbaycanda idmanın və paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif ediliblər: Astanov Elvin Əmrah oğlu Qasımov Ramil Famil oğlu Məmmədov Pərvin Rasim oğlu Musayev Oloxan İsayeviç.
Mənbə oxu.az

Oxşar Xəbərlər