Cəmiyyət

Paytaxtın iki rayonunda işıq olmayacaq

16 Oct 2026, 00:00 1 baxış
Paytaxtın iki rayonunda işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan tələbatın qarşılanması məqsədilə oktyabrın 16-da Bakının Yasamal və Xəzər rayonlarında təmir və yenidənqurma işləri aparılacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində yerləşən transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar Abbas Mirzə Şərifzadə, Mirəli Seyidov, Nəriman Nərimanov, Rahib Tağıyev və Vasif Əliyev küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət olacaq. Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisinə daxil olan Albalılıq və Binə Atçılıq yaşayış massivlərində, eləcə də Buzovna qəsəbəsinin Abşeron küçəsindəki bəzi ərazilərdə də elektrik enerjisinin verilişində fasilə yaranacaq. 35/6 kV-luq 491 saylı yarımstansiyada aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişi qısa müddətə dayandırılacaq. İşlər başa çatdıqdan sonra həmin ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacağı bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər