Cəmiyyət
Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay
Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun önünə getdilər. Yüzlərlə insan toplanıb, hicaba görə... Nə qədər həssas insanlarsınızmış? Ölkənizdə bir sürü hüquqsuzluqlar olur, niyə səsiniz çıxmır?
Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu sözləri türkiyəli tanınmış jurnalist Ərdəm Atay Yutub sosial şəbəkəsindəki kanalında Azərbaycan məktəblərində hicab qadağasına Türkiyənin reaksiyası barədə danışarkən deyib.
“Azərbaycan Baş Konsulluğunun önünə getmək qardaşa xəyanətdir. Bunu etməyin”, - deyə Atay bildirib.
Mənbə
axar.az