İdman

Salah Avropa turnirlərində tarixi nailiyyətə imza atıb

16 Oct 2026, 00:24 2 baxış
Salah Avropa turnirlərində tarixi nailiyyətə imza atıb
Türkiyənin "Trabzonspor" klubunun hücumçusu Məhəmməd Salah UEFA-nın avrokuboklarında nadir göstəriciyə imza atıb. Oxu.Az bu barədə statistik məlumatları ilə tanınan "Opta" platformasına istinadən xəbər verir. Məlumata görə, 34 yaşlı misirli futbolçu UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının hər birində həm qol vuran, həm də məhsuldar ötürmə edən tarixdə üçüncü oyunçu olub. Daha əvvəl yalnız Kodi Qakpo və Mario Götze bu nailiyyətə imza atıblar. Salah bu siyahıya Konfrans Liqasında Finlandiyanın "KuPS" klubu ilə keçirilən oyundan sonra daxil olub. "Trabzonspor"un 4:2 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada misirli hücumçu bir qol vurub və bir məhsuldar ötürmə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər