Siyasət
Ermənistan Azərbaycanla sülhə görə konstitusiyasını dəyişir? - Foto
Ermənistanın baş nazir Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2031-ci ilə qədər imzalanması və ratifikasiyası Ermənistan hökumətinin başlıca hədəflərindən olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanla sülh sazişinin imzalanması həm bütövlükdə hökumət, həm də şəxsən onun üçün ən vacib məsələlər sırasındadır və buna görə özü üçün konkret məqsəd qoyub ki, 2031-ci ilə qədər məsələnin həlli mümkün olsun. Təbii ki, Paşinyanın dəfələrlə dildə sülhdən danışıb əməldə fərqli addım atdığının şahid olduğumuzu nəzərə alsaq, Paşinyana inanmaq olarmı? Üstəlik, bu zaman nəyə əsasən hesablana bilər və belə olan halda, referendum keçirilərək konstitusiyanın dəyişilməsi gözləniləndirmi? Mövzu ilə bağlı Oxu.Az-a danışan politoloq Rəşad Bayramov bildirib ki, Paşinyanın Azərbaycanla sülh sazişinin imzalanmasını 2031-ci ilə qədər əsas məqsəd kimi təqdim etməsi ciddi suallar doğurur:
"Çünki sazişin mətni artıq 2025-ci ilin avqustunda paraflanıb. Deməli, əsas məsələ sənədin hazırlanması deyil, onun imzalanması və qüvvəyə minməsi üçün qalan siyasi və hüquqi maneələrin aradan qaldırılmasıdır. Paşinyan əslində niyə 2031-ci ilə qədər gözləmək lazım olduğunu, bu tarixi hansı hesablamaya əsasən müəyyənləşdirdiyini aydınlaşdırılmalıdır. Əgər söhbət Ermənistanın 2026-2031-ci illəri əhatə edən hökumət proqramından gedirsə, bu, siyasi planlaşdırma dövrü ola bilər, lakin sülh sazişinin imzalanmasının həmin müddətin sonunadək təxirə salınmasına əsas vermir. Sazişin paraflanmış mətni, tərəflərin üzərinə götürdüyü öhdəliklər və mövcud diplomatik mexanizmlər daha konkret zaman çərçivəsi müəyyənləşdirmək üçün əsas yaradır. Yox, əgər Paşinyan 2031-ci ili növbəti Parlament seçkisi olaraq əsas kimi götürülsə və ondan sonra Konstitusion çoxluğu əldə edib referendum keçirməyi planlaşdırısa, bu da başa düşülən deyil. Çünki mövcud hakimiyyətin həmin seçkidə qalib gəlməsinə dair bir zəmanət yoxdur". "Digər tərəfdən, Paşinyan 2031-ci ilə qədər Azərbaycanla Sülh Sazişinin imzalanmasına nail olmaqdan danışırsa, bu, növbəti seçkiyə qədər anlamına gəlir. O zaman sual yaranır. Qarşıdakı dövrdə nəyə ümid edir? Şərtlər eynidirsə, yəni Referendum üçün şərtlər dəyişmirsə o zaman növbəti seçkiyə qədər sülh sazişinin imzalanmasına necə nail olmağı planlaşdırır? Ən nəhayət qarşıya qoyulan məqsəd Parlament azlığına referenduma razı salmaqdırsa, o zaman 2031-ə qədər niyə gözləyir? Bütün bu suallara məhz Paşinyanın cavab verməsi lazımdır", - deyə politoloq vurğulayıb. Onun sözlərinə görə, bizim üçün isə əsas məsələ Konstitusiya dəyişikliyinin sadəcə vəd edilməsi deyil, bu istiqamətdə real hüquqi nəticənin əldə olunmasıdır: "Eyni yanaşma sülh sazişinin imzalanmasına da aiddir. Paşinyanın bəyanatlarına münasibətdə də məhz bu meyar əsas götürülməlidir. Siyasi etimad bəyanatlarla və istəklərlə yox konkret addımlarla formalaşır. Paşinyanın 2031-ci il hədəfi isə konkret yol xəritəsi və aralıq mərhələlərlə əsaslandırılmadığı halda, sülh prosesinin uzadılması riskini yaradır. Cənubi Qafqazın sabitliyi üçün vacib olan uzaq tarixlər səsləndirmək deyil, artıq razılaşdırılmış sənədi imzalamaq və sülhü praktik müstəvidə möhkəmləndirməkdir. Odur ki, Paşinyanın bəyanatlarına etibar edib gözləmək olmaz, onun və ümumilikdə Ermənistanın bu istiqamətdə davamlı olaraq təzyiq altında saxlanılmasına ehtiyac var".

Mənbə
oxu.az
Oxşar Xəbərlər