Cəmiyyət

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir - Foto

15 Oct 2026, 19:54 3 baxış
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir - Foto
Oktyabrın 15-də Bakıda inklüziv məşğulluq sahəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən tanınmış ekspertləri, dövlət qurumlarını, beynəlxalq təşkilatları, özəl sektor nümayəndələrini, akademik dairələri və vətəndaş cəmiyyəti institutlarını bir araya gətirən I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı autizmli və digər əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasının gücləndirilməsi istiqamətində Azərbaycanın ən genişmiqyaslı beynəlxalq platformalarından biri olub. Konfransın əsas məqsədi inklüziv məşğulluq sahəsində beynəlxalq təcrübənin Azərbaycanda tətbiqini təşviq etmək, dövlət-özəl sektor əməkdaşlığını genişləndirmək, işəgötürənləri əlçatan və inklüziv iş mühitinin yaradılması istiqamətində maarifləndirmək, eləcə də autizmli və digər əlilliyi olan şəxslərin dayanıqlı məşğulluq imkanlarının artırılmasına töhfə verməkdir. Konfransda İrlandiya, Fransa, Türkiyə və digər ölkələrdən tanınmış mütəxəssislər iştirak ediblər. Tədbirdə, həmçinin Azərbaycanın aparıcı dövlət qurumları və özəl sektor nümayəndələri inklüziv məşğulluq sahəsində həyata keçirdikləri təşəbbüsləri və uğurlu təcrübələri təqdim ediblər. Tədbir Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, "Regional İnkişaf" İctimai Birliyi və "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən təşkil olunub. Konfransın baş sponsoru "AzerGold" QSC, sponsorları isə bp Azərbaycan, Kapital bank, Azərbaycan Hava Yolları və "AirArabia"dır. Tədbir əsas tərəfdaş SOCAR Midstream Gas Operations və tərəfdaş qurumlar Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə həyata keçirilir. Beynəlxalq İnklüziv Məşğulluq Konfransının ilk günündə tədbirin rəsmi açılış mərasimi keçirilib. Daha sonra beynəlxalq konfrans öz işini panel sessiyalarla davam etdirib. Konfrans işini oktyabrın 16-da müxtəlif praktiki təlimlərlə davam etdirəcək.
{{gallery}}
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir - Foto Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir - Foto Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir - Foto Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir - Foto Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir - Foto Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər