Dünya

İstanbulda sel fəlakəti davam edəcək? - Təhlükə barədə xəbərdarlıq edildi

15 Oct 2026, 19:36 3 baxış
İstanbulda sel fəlakəti davam edəcək? - Təhlükə barədə xəbərdarlıq edildi
Oktyabrın 16-da səhər saatlarından etibarən İstanbulda yenidən güclü yağışların yağacağı gözlənilir. Oxu.Az İHA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Meteorologiya Baş İdarəsi məlumat yayıb. Məlumata görə, yağıntıların, xüsusilə şəhərin Avropa hissəsində və şimal rayonlarında güclü olacağı proqnozlaşdırılır. Oktyabrın 16-da, cümə günü səhər saatlarından başlayaraq yağışların intensivləşəcəyi, şənbə günü isə İstanbulun bütün ərazisində güclü yağacağı gözlənilir. Vətəndaşlara oktyabrın 14-də yağan güclü yağışların yaratdığı fəsadlar xatırladılıb. Onlara daşqın, su basması, ildırım və torpaq sürüşməsi risklərinə qarşı diqqətli və hazırlıqlı olmaları tövsiyə edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər