Siyasət
Deputat: "Ermənistanın niyyəti Qarabağda təkcə hərbi nəzarət qurmaq deyildi" - Foto
"Azərbaycan keçmişdə üzləşdiyi təhdidləri heç zaman unutmayacaq. İstər Ermənistan tərəfdən, istərsə də, ikiüzlü və riyakar Qərb tərəfindən". Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O bildirib ki, unutmamaq üçün ən uyğun məkanlardan biri də Hərbi Qənimətlər parkıdır: "Bütün sübutlar oradadır. Həmin parkda sərgilənən hər bir hərbi qənimət Azərbaycanın qalib ordusunun əzmini, zəhmətini, qanını-canını Vətən yolunda fəda etməsini, Ali Baş Komandanın hərbi və siyasi rəhbərliyinin gücünü və 30 ildən sonra gələn tarixi ədalətin bərpasını əks etdirir. Bu, bizim şanlı Zəfər tariximizin unudulmaz səhifəsidir". "İşğal dövründə ATƏT-in üç həmsədr ölkəsi də Qarabağın qanunsuz işğalına son qoymaqda maraqlı olmadı, uğursuz oldu. Bugünkü reallıqlarda münaqişə tərəflərinə sanksiya tətbiq olunur, təzyiqlər edilir, lakin belə bir mexanizm Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqlarının işğaldan azad olunması üçün tətbiq olunmadı. Ölkəmiz ikili standartlarla hər zaman üzləşib, bu gün də biz bunu ölkəmizə qarşı edilən hibrid hücumlarda müşahidə edirik. Ulu öndər Heydər Əliyev də, Prezident İlham Əliyev də qanunsuz hərbi işğala sülh yolu son qoyulmasının tərəfdarı olaraq bu yolda əllərindən gələni əsirgəməmiş, beynəlxalq və regional platformaların dəstəyini tələb etmişdi. Ümummilli lider Heydər Əliyev ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazılığını hər zaman dilə gətirirdi və onları məsələnin həllində konstruktiv olmağa çağırırdı. Burada konstruktivlik sanksiyalar ola bilərdi, məsələn, Ermənistan beynəlxalq arenadan və ya ticarətdən təcrid oluna bilərdi. Ancaq həmsədrlər Azərbaycan xalqının işğalla barışmasını gözləyirdilər", - deyə deputat vurğulayıb. Onun sözlərinə görə, Ermənistanın niyyəti Qarabağda təkcə hərbi nəzarət qurmaq deyildi, onun məqsədi ərazinin daxili arxitekturasını elə dəyişmək və Ermənistan dövlətinin qan dövranına elə möhkəm bağlamaq idi ki, sonra buranı geriyə qaytarmaq mümkün olmasın: "Sosial demoqrafiya siyasəti aparılırdı, Ermənistan, Suriya və Livandan erməni ailələr Qarabağa köçürülür, pulsuz evlə, kənd təsərrüfatında subsidiyalar, sahibkarlıqda böyük kredit və güzəştlərlə təmin edilirdilər. Ermənistanın Qarabağda apardığı bütün sosial, iqtisadi, hərbi səylərinə baxmayaraq, Azərbaycan Ordusu öz suveren ərazilərini hərbi-siyasi yolla işğaldan azad etdi, tarixi ədalət bərqərar olundu". "Müharibəni qazanan lider, sülhü də qazandı. Hazırda qarşıda sülh prosesi dayanır. Şəhid qanı tökülməsin deyə, ölkəmizdə sabitlik və təhlükəsizlik bərqərar olsun deyə, qarşı tərəf sülhə məcbur edildi. "Konstitusiya Məhkəməsinin heç bir qərarı Konstitusiyanın özündən üstün ola bilməz" - bu ifadə Prezident İlham Əliyev doktrinasının şedevrlərindəndir. Ermənistanla sülh dövlət başçımız üçün bugünlə bağlı qısamüddətli hədəf deyil, gələcək yüzilliklərə hesablanmış zəmanətin axtarışıdır. Regionda davamlı və dayanıqlı sülhün bərqərar edilməsi üçün Prezident İlham Əliyev yekun şərtin Ermənistan tərəfindən yerinə yetirilməsinə nail olmaqda əzmlidir, prinsipialdır. Əslində, bu, dövlət başçısının gələcək nəsillər qarşısında götürdüyü bir öhdəlikdir. O, qərarlıdır ki, ölkəmizin gələcək nəsillərini keçmişdəki münaqişələrin təkrarlanmasından qoruyan hüquqi təminat əldə edilsin. Buna nail olarıqsa, bu, Prezident İlham Əliyevin regionda sabitlik və təhlükəsizlik naminə Azərbaycanın ən yeni tarixinə atdığı daha bir silinməz imza olacaq", - müsahibimiz fikrini yekunlaşdırıb.

Mənbə
oxu.az
Oxşar Xəbərlər