İdman
Stas Pokatilov Çempionlar Liqasında turun rəmzi komandasına düşdü - Foto
"Sabah"ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun rəmzi komandasına daxil edilib. Oxu.Az xəbər verir ki, "Sofascore" portalı qazaxıstanlı qapıçının Çexiyanın "Slaviya Praqa" komandasına qarşı oyununu 9.7 balla qiymətləndirib. Pokatilov turun ən yaxşı qapıçısı seçilib. Bakı təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdə altı seyv edən qolkiper komandasının qapısını toxunulmaz saxlayıb. O, 26 uzun ötürmədən 10-nu dəqiq yerinə yetirib, 13 dəfə topu ələ keçirib və ümumilikdə 51 dəfə topla təmasda olub. Qeyd edək ki, "Sabah" bu qələbə ilə UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk dəfə üç xal qazanıb. Komanda növbəti oyununu oktyabrın 20-də Bakı Olimpiya Stadionunda Almaniyanın "Borussiya Dortmund" klubuna qarşı keçirəcək.
Mənbə
oxu.az