Dünya
ABŞ-dən İrana zərbələr: "Bütün bombaların anası"ndan istifadə edə bilər
ABŞ qeyri-rəsmi olaraq "bütün bombaların anası" adlandırılan "GBU-43/B" supergüclü yüksək partlayıcı aviasiya bombasından (MOAB) istifadə edərək İrana zərbə endirmək ehtimalını nəzərdən keçirir. Oxu.Az-ın xəbərinə görə, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat verib. Mənbələrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatların bərpası əmrini verərsə, İranın enerji infrastrukturu və nüvə obyektləri hücuma məruz qala bilər. CNN-in məlumatına görə, 9.5 tondan çox çəkiyə malik MOAB ABŞ Silahlı Qüvvələrinin inventarında ən güclü qeyri-nüvə bombasıdır. Prezident Trampın bəyan etdiyi strateji məqsədlərə çatmaq baxımından ondan istifadənin effektivliyi şübhə doğurur, lakin CNN-in qeyd etdiyi kimi, bu, ABŞ-İran münaqişəsində əhəmiyyətli dərəcədə eskalasiya demək olardı. Telekanalın mənbələrindən biri CNN-ə bildirib ki, Tramp hərbçilərə İrana qarşı əlavə zərbələrlə bağlı planlar hazırlamağı əmr edib və MOAB-ların potensial istifadəni nəzərə alaraq hədəflər siyahısına "çoxlu enerji infrastrukturları"nı da daxil edib. Başqa bir adı açıqlanmayan mənbənin sözlərinə görə, ABŞ Silahlı Qüvvələri İranın nüvə obyektlərinə və Kolanq-Qaz-La dağının altında gizlədildiyi iddia edilən Natanz yaxınlığındakı obyektə zərbələr endirməyi planlaşdırır. "Təəssüf, prezidentin içində olduğu vəziyyət elədir ki, o, praktiki olaraq nəsə tədbir görməyə məcburdur, lakin bu dərinlikdə zərbə endirmək üçün nəzərdə tutulmuş sursatlar olmadan psixoloji effektə diqqət yetirməki lazım gəlir ki, MOAB bunun üçün tam şəkildə uyğun gəlir", - deyə mənbə CNN-ə bildirib. Qeyd olunub ki, ABŞ Administrasiyasının bir çox üzvlərinin fikrincə, İran üzərində qələbə qazanmağın yeganə yolu quru qoşunlarının iştirakı ilə genişmiqyaslı əməliyyat keçirməkdir, lakin bu, minlərlə ABŞ hərbçisinin ölümünə səbəb ola bilər. Pentaqon bu da daxil olmaqla, bütün hərəkət variantlarını araşdırır, lakin hələ administrasiyada heç kim quru əməliyyatında israr etmir. Tramp, həmçinin açıq şəkildə bildirib ki, ABŞ hərbçilərinin İrana göndərilməsində maraqlı deyil.
Mənbə
oxu.az