Digər
Ağır qəza: Bələdiyyə sədri öldü - Foto
Türkiyənin Düzcə vilayətində də baş verən yol qəzasında Üsküdar bələdiyyəsinin müvəqqəti bələdiyyə sədri Dündar Ziya Gültəkin vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində daha 4 nəfər yaralanıb.
Bildirilib ki, ərazidə olan həkim müdaxilə edərək Gültəkinin ürəyini yenidən işə salmışdı.
O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Gültəkin bir ay əvvəl həbs olunan Sinem Dədətaşın yerinə seçilmişdi.
Mənbə
axar.az