Dünya
İki ildən çox əsir saxlanılan BMT əməkdaşı azad edildi
Yəmənin "Ənsar Allah" hərəkatını təmsil edən husi üsyançıları 2024-cü ilin iyununda əsir götürülmüş BMT missiyasının əməkdaşı Sami əl-Kəlabini sərbəst buraxıblar. Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi BMT-nin baş katibinin Yəmən üzrə xüsusi elçisi Hans Qrundberqə istinadən məlumat yayıb. Beynəlxalq təşkilatın məlumatına əsasən, üsyançılar qurumun daha 71 işçisini hələ də girovluqda saxlamağa davam edirlər. Hərəkat nümayəndələri bu həbslərin bir qismini saxlanılan şəxslərin İsraillə əməkdaşlıq etməsi şübhələri ilə əsaslandırırlar. Ötən həftə BMT-nin Ümumdünya Ərzaq Proqramı da Yəməndəki işçilərindən birinin azad olunmasına nail olduğunu bəyan etmişdi.
Mənbə
oxu.az