Cəmiyyət

Azərbaycanda gənc əsgərin ölüm səbəbi bilindi - FOTO

15 Oct 2026, 17:01 1 baxış
Azərbaycanda gənc əsgərin ölüm səbəbi bilindi - FOTO
Lənkəran şəhər sakini olan gənc əsgər Orxan Şabanovun ölümünün səbəbi bilinib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, Orxan Şabanov güllə yarasından dünyasını dəyişib. Hadisə Şəmkir rayonundakı "N" saylı hərbi hissədə baş verib. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. Hazırda hadisə ilə bağlı aidiyyəti qurumlar araşdırma aparır. Həmçinin qeyd edək ki, Orxan Şabanov Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Aynur Şabanovanın oğludur. O, hərbi xidmətinin bir illik dövrünü başa vurub, orta təhsilli olub. Samir Əli Azərbaycanda gənc əsgər vəfat edib. Bu barədə Oxu.Az-a məlumat daxil olub. Məlumata görə, gənc əsgər Orxan Şabanov Dövlət Sərhəd Xidməti sıralarında hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib. O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Azərbaycanda gənc əsgərin ölüm səbəbi bilindi - FOTO Azərbaycanda gənc əsgərin ölüm səbəbi bilindi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər