İdman

Vinisius: "Məni tənqid hədəfi seçmək çox asandır"

15 Oct 2026, 14:50 2 baxış
Vinisius: "Məni tənqid hədəfi seçmək çox asandır"
Vinisius Junior "Real Madrid" azarkeşlərinin onu uzun müddətdir klubda çıxış etdiyinə görə daha çox tənqid hədəfinə çevirdiklərini bildirib. Oxu.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, futbolçu azarkeş dəstəyi altında daha yaxşı oynadığını qeyd edib. "Fit çalmaq, əlbəttə ki, kömək etmir, amma insanlar biletlər üçün pul ödəyirlər. Azarkeşlər bizi dəstəkləyəndə daha yaxşı oynayırıq. Cud Bellinqem daha yaxşı oynayır, Mbappe daha yaxşı oynayır, mən daha yaxşı oynayıram. Düşünürəm ki, məni tənqid hədəfi seçmək hamıdan asandır, çünki mən daha uzun müddətdir buradayam və üstəlik kapitanlardan biriyəm", - deyə Vinisius bildirib. Qeyd edək ki, 2018-ci ildən "Real Madrid"də çıxış edən 26 yaşlı Vinisiusun müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir. O, Madrid təmsilçisinin heyətində bütövlükdə 385 qarşılaşmada meydana çıxıb, 129 qol vurub və 100 məhsuldar ötürmə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər