İdman
Mourinyo Vinisius üçün xüsusi plan hazırlayıb
"Real Madrid"in baş məşqçisi Joze Mourinyo braziliyalı hücumçu Vinisius Juniorun əvvəlki formasına qayıtması üçün xüsusi plan hazırlayıb. Oxu.Az "The Touchline" nəşrinə istinadən xəbər verir ki, Portuqaliyalı mütəxəssisin futbolçunun son oyunundan və davranışlarından narazı olduğu bildirilir. Mourinyo braziliyalının cəzalı olduğu müddətdən istifadə edərək onun yanaşmasını dəyişməyə çalışır. Məlumata görə, baş məşqçi Vinisiusun münasibətində və oyununa yanaşmasında nəzərəçarpacaq irəliləyiş görməyənədək onu UEFA Çempionlar Liqasının matçlarında da meydana buraxmamağı planlaşdırır. Qeyd edək ki, Vinisius "Vilyarreal"la oyunda qırmızı vərəqə aldığı üçün İspaniya La Liqasında dörd matçlıq diskvalifikasiya edilib. Həmin qarşılaşmada "Real Madrid" 1:0 hesabı ilə qalib gəlib.
Mənbə
oxu.az