Siyasət

Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır

15 Oct 2026, 15:58 2 baxış
Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır
"Rusiya Ermənistandan və TRIPP (Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu) layihəsində iştirakla bağlı müraciət almayıb, lakin tərəflər Rusiyanın bu layihədə iştirak etməyə hazır olduğunu bilirlər". Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Görüşünün yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib. "Hələlik bu layihədə - Donald Trampın adını daşıyan nəqliyyat marşrutunda iştirakla bağlı heç bir müraciət almamışıq. Lakin bütün maraqlı tərəflər bizim hazır olduğumuzdan və imkanlarımızdan xəbərdardırlar", - nazir bildirib. Onun sözlərini Rusiya mediası yayıb. O, həmçinin Rusiyanın infrastruktur layihələrində iştirak etməyə hazır olduğunu qeyd edib. Nazir vurğulayıb ki, Rusiya Dəmir Yolları Ermənistanda konsessiyaya malikdir və şirkət Cənubi Qafqaz Dəmir Yolu çərçivəsində fəaliyyət göstərir. Buna görə də bu infrastruktur Rusiya tərəfinə yaxşı tanışdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər