Siyasət

Sergey Lavrov: "3+3" formatının növbəti görüşünün Azərbaycanda keçirilməsi doğru addım olar"

15 Oct 2026, 15:50 1 baxış
Sergey Lavrov: "3+3" formatının növbəti görüşünün Azərbaycanda keçirilməsi doğru addım olar"
"Rusiya "3+3" formatı (Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə və İran) çərçivəsində növbəti görüşün Azərbaycanda təşkil olunmasını mümkün hesab edir". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Görüşünün yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib. "Azərbaycan və Türkiyə tərəfindən irəli sürülən "3+3" formatını xüsusi qeyd etmək istərdim. Bir neçə dəfə görüşmüşük və hazırda qrupun xarici işlər nazirlərinin növbəti toplantısına kimin ev sahibliyi edəcəyi barədə Ermənistanla Azərbaycanın razılığa gəlməsini gözləyirik", - deyə rusiyalı diplomat vurğulayıb. O əlavə edib: "Hesab edirəm ki, ən yaxın görüşü Azərbaycanda, bir sonrakını isə İrəvanda keçirmək olar. Bu, doğru addım olardı". Nazir bu platformanı xatırlatmasının səbəbini onun geniş əhatəli olması ilə əlaqələndirib: "O, ümumregion kontekstindən kənarda həyata keçirilməsi planlaşdırılan hər hansı tək bir layihəyə həsr olunmayıb. Buna görə də biz Azərbaycan və Türkiyənin təklif etdiyi "3+3" formatını fəal şəkildə dəstəkləyirik".
Mənbə oxu.az

Oxşar Xəbərlər