Dünya

Tramp 51-ci ştatın hansı ölkə olacağını açıqladı

15 Oct 2026, 13:22 1 baxış
Tramp 51-ci ştatın hansı ölkə olacağını açıqladı
Prezident Donald Tramp Kanadanın gələcəkdə ABŞ-nin tərkibinə qoşulacağına əminliyini ifadə edib. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Ağ Ev rəhbəri noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək aralıq seçkisindən əvvəl Arizonada Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı bildirib. "Nəticədə o, 51-ci ştat olacaq, çünki başqa cür ola bilməz. O bizə lazım deyil. Biz ona lazımıq", - deyə Tramp Kanadanı nəzərdə tutaraq bildirib. Xatırladaq ki, Donald Tramp daha əvvəllər də Kanadanı ABŞ-nin tərkibinə qoşulmağa çağırıb. ABŞ prezidenti dəfələrlə sözügedən ölkənin Baş naziri Mark Karnini "qubernator" adlandırıb. Kanada hakimiyyəti isə ABŞ-yə qoşulmaq ehtimalını rədd edib. Sentyabrın sonlarında Karni bildirib ki, Kanada hakimiyyəti son bir il ərzində ABŞ-nin hərbi müdaxiləsi ehtimalına hazırlaşıb, baxmayaraq ki, hadisələrin bu istiqamətdə gedişatı ehtimalının az olduğunu düşünür.
Mənbə oxu.az

Oxşar Xəbərlər