Digər

ABŞ-da təyyarə qəzası: ölənlər var

15 Oct 2026, 14:49 3 baxış
ABŞ-da təyyarə qəzası: ölənlər var

ABŞ-ın Viskonsin ştatının Ridsburq şəhəri yaxınlığındakı meşəlik ərazidə kiçik təyyarə qəzaya uğrayıb.


Axar.az xəbər verir ki, bu barədə “ABC Nyus” məlumat yayıb.


Bildirilib ki, təyyarənin göyərtəsində 6 nəfər olub. Onların hamısı ölüb.


Məlumata görə, qəzadan əvvəl pilot 7300 metr hündürlükdə buzlanma barədə dispetçerlərinə məlumat verib və təcili eniş üçün icazə istəyib.


Faktla bağlı araşdırma başlanıb.


Mənbə axar.az

Oxşar Xəbərlər