Siyasət
Türkiyə AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini dəstəkləyir
Xarici işlər naziri Hakan Fidan Türkiyənin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini dəstəklədiyini bəyan edib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, AQEM-in Bakıda keçirilən 7-ci Zirvə Toplantısında çıxış edən Türkiyə XİN rəhbəri bu gün dünyada artan böhranların beynəlxalq forumlarda qeyri-müəyyənliyin güclənməsinə səbəb olduğunu deyib: "Ümumi çağırışlarımıza birgə həll yolları tapmaq heç vaxt olmadığı qədər vacibdir. Çox ehtiyac duyulan bu çoxtərəfli fəaliyyətin qarşısındakı ən böyük maneə isə beynəlxalq aktorlar arasında etimadın olmamasıdır. Həll yolu kimi regional məsuliyyət və təşəbbüskarlıq prinsipləri əsasında əməkdaşlığı təkmilləşdirməklə qarşılıqlı etimadı gücləndirən dialoq mədəniyyətinin formalaşdırılmasını prioritet hesab edirik. AQEM dialoqu səmərəli əməkdaşlığa çevirməkdə mühüm rol oynaya bilər".
Mənbə
oxu.az
Oxşar Xəbərlər