İdman

Kriştianu Ronaldunun bacısı: "Xəyanətə uğradıqdan sonra geri dönmək mürəkkəb məsələdir"

15 Oct 2026, 11:22 1 baxış
Kriştianu Ronaldunun bacısı: "Xəyanətə uğradıqdan sonra geri dönmək mürəkkəb məsələdir"
Məşhur portuqaliyalı hücumçu Kriştianu Ronaldunun bacısı Elma Aveyru, qardaşının baş məşqçi Jorji Jezuşla yaranan problemdən sonra yığmaya ehtimal olunan dönüşü ilə bağlı fikirlərini bölüşüb. Oxu.Az xəbər verir ki, bu barədə "Sic Noticias" nəşri məlumat yayıb. "Hazırda vəziyyət çıxılmazdır, gələcəkdə nələrin baş verəcəyini gözləmək lazımdır. Məncə, hər iki tərəf bundan əziyyət çəkir. Kriştianu ilə Jezuşun barışığı? Bu, çox çətindir. Xəyanətə uğradıqdan sonra geri dönmək mürəkkəb məsələdir", - deyə Ronaldunun bacısı bildirib. Qeyd edək ki, 41 yaşlı forvard Norveç millisi ilə qarşılaşmada meydanda yer almadığı üçün Portuqaliya yığmasının düşərgəsindən ayrılmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər